İnsanlara hürriyət, millətlərə istiqlal!

Niger qiyamçıları Fransa ilə hərbi müqavilələri ləğv edib

Niger üsyançıları Fransa ilə bəzi hərbi əməkdaşlıq müqavilələrini ləğv ediblər. Bu, regionda islamçı üsyançılara qarşı mübarizəni kökündən dəyişdirə bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, 1977-2020-ci illər arasında Fransa ilə beş hərbi müqaviləni geri götürmək qərarı xunta sözçüsü Amadou Abdraman tərəfindən milli televiziyada oxunub. O, əlavə edib ki, Fransaya diplomatik bildiriş göndəriləcək.

Qeyd edilir ki, Fransanın Nigerdə 1500-ə qədər əsgəri var və Qərbi Afrikanın Sahel bölgəsində sabitliyi pozan üsyançı qruplarla mübarizəyə kömək edir.

Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar ölkənin xaricdəki səfirlərindən dördünün səlahiyyətlərini əlindən alıblar. Bunlar Fransa, Nigeriya, Toqo və ABŞ-dakı diplomatlardır.

İyulun 27-nə keçən gecə hərbçilər prezident Məhəmməd Bazumu girov götürüblər, hakimiyyətin “Vətənin qurtuluşu” şurasına keçdiyini, həmçinin sərhədlərin bağlandığını, konstitusiyanın fəaliyyətinin dayandırıldığını və siyasi partiyaların fəaliyyətinə qadağa qoyulduğunu elan ediblər.

Qiyama görə Avropa Birliyi ölkəyə maliyyə dəstəyini dayandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR