İnsanlara hürriyət, millətlərə istiqlal!

Niderland səfiri Rusiya XİN-ə çağırılıb

Niderlandın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva müxbirinin Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, bu il oktyabrın 20-də Britaniya kəşfiyyatının nümayəndəsi tərəfindən Rusiyanın Haaqadakı səfirliyinin hərbi attaşesinin məxfi əməkdaşlığa cəlb olunmasına cəhdlə bağlı səfirə kəskin etiraz bildirilib.

Söhbət zamanı vurğulanıb ki, bu cür təxribat xarakterli hərəkətlər yolverilməzdir, 1961-ci il Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına ziddir və Rusiyanın xarici nümayəndəliklərinin normal fəaliyyətinə mane olur.

Rusiya tərəfi Niderland hakimiyyətini ikitərəfli münasibətlərin daha da pisləşməsinə gətirib çıxaran bu cür qeyri-dost hərəkətlərdən çəkinməyə çağırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR