Onlayn ictimai-siyasi qəzet
Yay transfer pəncərəsində PSJ-dən 90 milyon avroya "Əl Hilal"a keçən Neymarın sevgilisi Bruno Byankardi üçün aldığı hədiyyə görənləri təəccübləndirib.
Tanınmış futbolçu sevgilisinə ad günü hədiyyəsi olaraq göydən 4,5 milyon avroya ulduz alıb.
Bu sırada ulduz oyunçu ilə bağlı şok bir iddia ortaya atılıb. PSJ-dən ayrılan Neymarın komandadan getməsinə qalmaqallı bir hal səbəb göstərilib.
Belə ki, 31 yaşlı futbolçunun Fransa komandasında fiziki testlərdən keçə bilmədiyi və bu səbəbdən klubun ulduz futbolçu ilə davam etmək istəmədiyi iddia edilib.
Neymar keçən həftə çarpaz bağlarından zədələnmiş və onun 7 ay meydanlardan uzaq qalacağı açıqlanmışdı. Təcrübəli futbolçu isə sosial media hesabında bu iddiaları təkzib edib.//Publika.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ