Onlayn ictimai-siyasi qəzet
İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronu BMT Baş Assambleyasının sentyabr sessiyasında Fələstini dövlət kimi tanımağa hazır olduğunu bəyan etdiyinə görə “antisemitizmi qızışdırmaqda” ittiham edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər bu barədə "Politico" saytı məlumat yayıb.
Fransa liderinə göndərdiyi məktubda Netanyahu bildirib: “Sizin Fələstin dövlətinin yaradılması ilə bağlı çağırışınız antisemit oduna yağ tökür”.
O, son aylarda Fransada baş verdiyini iddia etdiyi “antisemit insidentləri” xatırladaraq, bunların Parisin İsrailə qarşı siyasəti ilə bağlı olduğunu vurğulayıb.
İsrail baş nazirinə görə, Makronun mövqeyi HƏMAS-ı terroru davam etdirməyə təşviq edir, girovların azad olunması perspektivini zəiflədir, Fransa yəhudilərinə təhdid yaradan qüvvələri ruhlandırır və “Fransanın küçələrində hökm sürən yəhudi düşmənçiliyini” gücləndirir.
Makronun administrasiyası isə bu ittihamları “səhv və iyrənc” adlandırıb və onların “cavabsız qalmayacağını” bildirib.
Qeyd edək ki, iyulun 24-də Makron sosial şəbəkə X-də (keçmiş Twitter) Fransa hökumətinin sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstini rəsmi olaraq tanıyacağını açıqlamışdı.
Musavat.com
21 Avqust 2025
20 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ