İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu onları təşvişə salıb - Tramp SUSUR...

Ağ Ev rəsmiləri, o cümlədən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İsrailin baş naziri Benyamin Netanyahunun son dövrlərdəki davranışlarından və bölgədəki siyasətindən ciddi narahatlıq ifadə ediblər.

Musavat.com xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, bu narahatlıq Vaşinqtonun Yaxın Şərqdə sabitliyi qorumağa çalışdığı bir vaxtda xüsusilə kəskin şəkildə hiss olunur.

Rəsmilərin fikrincə, Netanyahu “tətikdə barmağı olan bir lider” kimi qiymətləndirilir və onun qərarları tez-tez regionda gərginliyin artmasına səbəb olur. ABŞ rəsmiləri onun davranışlarını “çox dağıdıcı və avantürist” kimi xarakterizə edirlər. Bu vəziyyət xüsusilə Qəzza müharibəsi, Livanla sərhəddəki gərginlik və İranla bağlı strateji məsələlər fonunda daha da aktuallaşıb.

Bununla belə, Donald Tramp hələlik açıq şəkildə Benyamin Netanyahunu tənqid etməkdən çəkinir.

Analitiklər hesab edirlər ki, ABŞ-İsrail münasibətlərində yaranan bu gərginlik təkcə Netanyahu ilə bağlı deyil, həm də regionda artan qeyri-sabitliyin fonunda Vaşinqtonun yeni balans axtarışlarından qaynaqlanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR