İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəsrinlə olan bu görüntüsünə görə həyat yoldaşından üzr istədi – VİDEO

Türkiyəli aktyor Bora Akkaş həmkarı Nəsrin Cavadzadə ilə olan görüntülərinə görə hamilə həyat yoldaşından üzr istəyib.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, bu günlərdə azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin sosial şəbəkədə paylaşdığı video görüntülər qalmaqala səbəb olub. Görüntülərdə aktyor Uraz Kayqılaroğlunun doğum günündə iştirak edən Bora Akkaş Nəsrin Cavadzadənin sinəsinə pul qoyur. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra müzakirələr yaradıb.

Bora Akkaş həmin görüntülərə görə 8 aylıq hamilə həyat yoldaşı Oben Akkaşdan üzr istəyib, görüntülərin 1 il əvvələ aid olduğunu deyib:

"Nəsrinin ötən il Urazın ad günü ilə bağlı çəkilmiş paylaşımı çox təəssüf doğurdu. Bunun səbəbini bilmirəm. Bu, ikimiz arasında zarafat idi. Yoxsa Nəsrinin sinəsinə pul qoymaq mənim nə həddimə. Görüntülərin yaratdığı pis hisslərə görə həyat yoldaşım Obendən üzr istəyirəm. Bu məsələdə məni mühakimə edən insanlara məyus olduğumu öz bildirmək istəyirəm”.

Xalidə Gəray
Musavat.com 

 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR