İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nənəm ölən günü qırmızı geyinib efirə çıxdım" - Elgiz Əkbər

"İndiyə kimi qırmızı kostyum geyinmirəm, əsəbiləşirəm. O vaxt mağaza mənə geyim gətirirdi. Deyirdi ki, geyinməlisən".

Bu sözləri aparıcı Elgiz Əkbər proqramında deyib.

O, nənəsinin dünyasını dəyişdiyi gün efirə qırmızı geyimdə çıxmasından danışıb:

"Bu dəfə gətirib qıpqırmızı geyim. Dedi, belədir, geyinməlisən. Sən demə, 2 saat əvvəl nənəm rəhmətə gedib, bütün qohumlar yığışıb. Nəvə də qırmızı geyinib efirə çıxıb. Camaat, qohum, qonşular baxıb ki, hamı nənəni ağlayır, bu da qırmızı geyinib. Deyiblər, görün necə abırsızdı. Nənəsinin ölən günü efirə qırmızı geyinib". (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR