Onlayn ictimai-siyasi qəzet
Sumqayıtda fəaliyyət göstərən nəhəng şirkətlərdən biri olan "MEQA-PLASTİK-CE" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda borclanıb.
Musavat.com xəbər verir ki, MMC-nin vergi borcları hər il artır.
Hazırda şirkətin 9 milyon manata yaxın vergi borcu yaranıb.
Bundan başqa, şirkət dəfələrlə vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etmədiyinə görə maliyyə sanksiyaları ilə üzləşib.
MMC-nin qanuni təmsilçisi Əzizov Əli Rəşid oğludur. 9 milyon vergi borcu yaranmış şirkətin nizamnamə kapitalı cəmi 20 manatdır.
Qeyd edək ki, MMC sənaye, kənd təsərrüfatı və tikinti üçün polietilen örtüklərin, kisələrin, paket və torbaların, ərzaq və qeyri-ərzaq mallarının qablaşdırılması, daşınması və saxlanılması üçün məhsullar istehsal edir.
Musavat.com
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ