Onlayn ictimai-siyasi qəzet
Çinin istehsalat satınalma menecerləri indeksi (PMI) sentyabrda 49,8 bənddən oktyabrda 50,1 bəndədək yüksəlib.
Musavat.com xəbər verir ki, məlumatı Çin Milli Statistika İdarəsi (NSO) açıqlayıb.
Göstərici aprel ayından bəri ilk dəfə 50 bəndin üzərinə qalxıb. İndeksin 50 bənddən yuxarı olması sektorda aktivliyin artmasını, aşağıda olması isə zəifləməni göstərir. Trading Economic analitiklərinin konsensus proqnozu sənaye PMI-nin 50 punkta yüksələcəyini nəzərdə tuturdu.
İqtisadi aktivliyin stimullaşdırılması tədbirləri sayəsində istehsal alt indeksi sentyabrda 51,2 bənddən 52 bəndədək - son altı ayın ən yüksək səviyyəsinə yüksəlib. Yeni sifarişlər üzrə göstərici 49,9 bənddən 50 bəndədək, məşğulluq subindeksi 48,2 bənddən 48,4 bəndədək yüksəlib, ixrac satışları 47,5 bənddən 47,3 bəndədək azalıb.
Çinin xidmət və tikinti PMI göstəricisi sentyabrda 50 bənddən bu ay 50,2 bəndədək artıb.
Oktyabr ayında ümumi PMI bir ay əvvəlki 50,4 bənddən 50,8 bəndə (maydan bəri ən yüksək) yüksəldi.
Qeyd edək ki, xammal bazarları Çin iqtisadiyyatındakı dəyişikliklərə çox həssasdır. Son aylarda açıqlanan məlumatlar Çində iqtisadi artımla bağlı neqativ gözləntiləri çoxaldıb. Bu baxımdan, PMI indeksindəki yüksəliş bazarlar üçün ciddi pozitiv siqnaldır.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ