Onlayn ictimai-siyasi qəzet
“Putinin yaratdığı şərait ona gətirib çıxarıb ki, artıq onun nə deyəcəyinin heç bir əhəmiyyəti qalmayıb”. Bunu rusiyalı politoloq və publisist Abbas Qalyamov bildirib.
2008-2010-cu illərdə Vladimir Putinin spiçrayteri (çıxışlarının mətnini hazırlayan) olmuş A.Qalyamov qeyd edib ki, Putinin fevralın 21-nə gözlənilən Rusiya Federal Məclisinə rəsmi müraciəti böyük ehtimalla Ukraynaya qarşı növbəti hücum anonsu ilə müşayiət olunacaq.
Həmin hücum isə artıq Ukraynanın şərqində demək olar, başlayıb və davam etməkdədir: “Ancaq əsas məsələ onun nə deməsi yox, Rusiya ordusunun hücum etmək üçün potensialının olub-olmamasıdır. Bu baxımdan ötən həftə iki tanınmış müxalif qəzetdə Rusiya Müdafiə Nazirliyindəki anonim mənbələrə istinadla dərc edilən yazılar olduqca maraqlı və diqqətə layiqdir. Bu yazılar eyni zamanda nazirlik tərəfindən bilərəkdən sızdırılan məlumatlar əsasında hazırlanıb. Orada Müdafiə Nazirliyi bir növ bildirir ki, bəli, biz hücum planı hazırlayırıq, amma bunu hazırlayan bütün zabitlər şokdadırlar. Çünki bizim hücum üçün resurslarımız yoxdur və bu hücum məğlubiyyətə məhkumdur. Lakin biz, kiçik adamlarıq. Kreml tapşırıb, biz də hazırlayırıq...”
Qalyamov bildirib ki, Müdafiə Nazirliyi əvvəllər qətiyyən Kremllə razılaşmadığını büruzə vermirdi. İndi isə bunu açıq şəkildə mətbuata sızdırmaqdan çəkinmir.
Müharibənin gedişində nələr baş verir? Nə gözlənilir? Putin nüvə silahını işə salacaqmı? Polşaya hücum planı qüvvədədirmi?
Bu və gündəmdəki bir çox sualları bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində təhlükəsizlik eksperti İlham İsmayılla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/@Musavattv
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
06 Noyabr 2024
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ