İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəhayət ki, həbs edildi - Tap.az, Lalafo.az-da iş elanları vermişdi

Bakıda və bölgələrdə vətəndaşlara qarşı dəfələrlə dələduzluq edən şəxs nəhayət ki, həbs edilib. O, özü də bunu etiraf edib.

Musavat.com xəbər verir ki, Cavid Ağayev adlı şəxs Lalafo.az və Tap.az saytlarında aylıq maaşı 2800 manat olan iş elanları yerləşdirib.

Onun sonuncu qurbanı Cəlil Bünyadov olub. Aylıq 600 manat əmək haqqı qarşılığında fəhləlik edən Cəlil daha yaxşı maaşlı iş üçün Cavidin yerləşdirdiyi elana inanıb. Cavid onu gəmidə mühafizəçi işinə düzəldəcəyini vəd edib. Buna görə ondan hissə-hissə olmaqla 8600 manat pul alıb.

Aldadıldığını bilən Cəlil polisə müraciət edib. Məlum olub ki, Cavid daha əvvəl də dəfələrlə dələduzluq əməlləri törətdiyi üçün məsuliyyətə cəlb edilib. Amma heç birində həbs edilməyib, şərti və ya azadlığın məhdudlaşdırılması kimi cəzalar alıb.

Özü də bunu etiraf edərək bildirib ki, dəfələrlə dələduzluq etsə də həbs edilmirmiş. Bu dəfə isə həbs edilib.

Cavid deyib ki, xəstə olduğu üçün ələ keçirdiyi pulu müalicəsinə xərcləyib.

Məhkəmənin hökmü ilə Cavid 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İ.Muradov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR