İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neftçi"nin qapıçısı yenidən əməliyyat olunacaq

"Neftçi"nin qapıçısı Emil Balayev yenidən əməliyyat olunacaq.

"Ağ-qaralar"ın mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, 29 yaşlı qolkiperin qırılmış axil vətərinə görə cərrahi müdaxiləyə ehtiyacı var.

Bir müddətdir zədəli olan futbolçulardan Filip Ozobiç komanda ilə məşqlərə start verib, digər qapıçı İvan Brkiç isə fərdi şəkildə hazırlığı davam etdirir.

Qeyd edək ki, "Neftçi" Premyer Liqanın XV turunda "Zirə"ni qəbul edəcək. Dekabrın 3-də reallaşacaq görüş saat 17:00-da start götürəcək. Emil Balayev yayda Serbiyanın “Srvena Zvezda” komandasına qarşı “Matc TV” turnirindəki görüşdə zədələndiyi üçün axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunmuşdu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR