Onlayn ictimai-siyasi qəzet
"Neftçi"nin futbolçusu Emil Səfərov əməliyyat olunacaq.
Bu barədə paytaxt təmsilçisinin mətbuat katibi Asəf Zeynallı məlumat verib.
"Emil hazırda məşqlərdə iştirak etmir. Əməliyyat gözlənilir. Amma dəqiq vaxt hələlik bəlli deyil", - deyə klub rəsmisi bildirib.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi "Şamaxı"ya qarşı keçirdikləri Misli Premyer Liqasının XXIX turunun oyununda sıradan çıxıb. 20-ci dəqiqədə əvəzlənən yarımmüdafiəçinin çiynində problem aşkarlanıb.
13 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ