Onlayn ictimai-siyasi qəzet
"Neftçi"nin yeni baş məşqçisi Roman Qriqorçuk klubun Müşahidə Şurasının üzvləri ilə görüşüb.
Ukraynalı çalışdırıcı görmək istədiyi işlər barədə geniş hesabat verib.
Yaxınlarda işə başlayan mütəxəssis hələ komandanı tanımaq mərhələsində olduğunu bildirib. O, islahatların vacibliyini xüsusi qeyd edib. Deyib ki, Türkiyə toplanışına qədər düşərgədəki futbolçular barədə yekun qərarını verəcək.
Qriqorçuk istənilən halda bir neçə mövqeni gücləndirməli olduqlarını söyləyib. /sportinfo.az
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ