İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neftçi"dən 7 milyonluq TRANSFER İDDİASIna reaksiya gəldi

"Neftçi" FKSB-in müdafiəçisi Siyabonqa Nqezananın transferindən imtina etməyib.

Bu barədə klubdan sportinfo.az-a məlumat verilib.

Əlavə olaraq bildirilib ki, Rumıniya klubunun "ağ qaralar"dan 7 milyon təzminat istəməsi ilə bağlı yayılan informasıya da həqiqəti əks etdirmir.

Hazırda afrikalı legionerin keçidi üçün məxsus olduğu klubla danışıqlar intensiv olaraq aparılır.

Düzdü, keçid baş tutarsa rumınlar bundan müəyyən qazanc əldə edəcəklər.

Lakin həmin məbləğ 7 milyonun yanında çox aşağı bir rəqəm olacaq.

Halbuki daha əvvəl Bakı klubunun qarşı tərəfin 7 milyon avro təzminat tələbindən sonra transferdən imtina etdiyi iddia olunurdu.

Nqezananın Rumıniya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. Afrikalı müdafiəçinin "transfermarkt" portalındakı dəyəri 1,6 milyon avro olaraq qiymətləndirilir.

Neqzana 2023-cü ildə "Kayzer Çifs" klubundan FCSB klubuna keçib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR