İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neft sektorundan vergi daxilolmaları 2 milyard manatdan artıq həcmdə azalıb”-Maliyyə naziri

“Neftin 10 ABŞ dolları bahalaşması dövlət büdcəsinin gəlirlərini təxminən 420 milyon manat artırıb. Nəticədə Dövlət Neft Fondunun gəlirləri daha da çoxalıb”.

Musavat.com bildirir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentdəki büdcə müzakirələrində söyləyib.

Nazir qeyd edib ki, bu gün bizdə dövlət büdcəsində neftin qiyməti 60 ABŞ dolları təşkil edir:

“Beynəlxalq təşkilatların proqnozlarında təxminən 80 ABŞ dollardır. Söhbət təxminən 850 milyon manat əlavə gəlirdən gedir. Biz növbəti ilin vergi daxilolmalarını qiymətləndirsək, 2 milyard 27 milyon manat neft sektoru üzrə kəsirimiz əmələ gəlir. Lakin Azərbaycan Dövlət Neft Şirkətinin vergi daxilolmaları gələn il cari illə müqayisədə 240 milyon manat çox olacaq. Bu sektordan daxilolmalar 1 milyard manatdan yuxarıdır. Bunları da nəzərə almaqla bizim fərqimiz təxminən 850 milyon manat təşkil edir. Amma bizim qarşımızda proqramlar var və böyük vəzifələr qoyulub. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası, müdafiə qabiliyyətimizin gücləndirilməsi kimi çağırışlar var. Bu işlərin görülməsi üçün bizim xərclərimiz təxminən cari ilin səviyyəsində saxlanılıb”.

S.Şərifov narahatlıq doğuran məsələlərdən də bəhs edib. Bildirib ki, gələn ilin dövlət büdcəsinin proqnozlarında neft sektorundan vergi daxilolmalarında iki dəfəyə qədər azalma gözlənildiyinə görə ümumi vergi daxilolmalarında 2023-cü ilin proqnozundan - 7,5 faiz geriləmə olacaq:

“Neft sektorundan vergi daxilolmaları 2 milyard manatdan artıq həcmdə azalıb. Yəni iki dəfəyə qədər azalma baş verib. Bu, bizi kifayət qədər narahat etməlidir. Bunun müəyyən səbəbləri var. Biri odur ki, cari ilin əvvəlində dünya miqyasında qaz qiymətləri kəskin surətdə artmışdı. Yanvar-fevral aylarında hətta 3 min ABŞ dollarına qədər qaz qiymətləri artmışdı. Şübhəsiz ki, Azərbaycan da bundan bəhrələnmişdi. Eyni zamanda dünya enerji bazarlarında olduqca müsbət münbit qiymət konyunkturası bu gün mövcuddur. Hətta bu da nəzərə alınmaqla dövlət büdcəsində neftin qiyməti 60 ABŞ dollarına qaldırılıb”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR