Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Dövlət Neft Fondu bu ilin yanvar-aprel aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından əldə edilən mənfəət neftindən 1 milyard 798,6 milyon ABŞ dolları gəlir əldə edib.
Musavat.com-un Fondun məlumatları əsasında apardığı hesablamaya görə, bu, ötən ilin eyni dövründəki göstəricidən 27,1 faiz azdır. 2023-cü ilin yanvar-aprel aylarında Fonda AÇG-dən 2 milyard 468 milyon dollar daxil olmuşdu.
4 ayda Neft Fonduna “Şahdəniz” yatağından (qaz və kondensat) 202,715 milyon ABŞ dolları daxil olub ki, bu da illik ifadədə 78,4 faiz azalma deməkdir. Ötən il “Şahdəniz”dən Fond 935,754 milyon dollar gəlir əldə etmişdi.
Yanvar-apreldə “Şahdəniz”dən əldə olunan gəlirin 60,784 milyon dolları qaz kondensatının satışından əldə olunub. Ötən il bu mənbədən 197,763 milyon dollar daxil olmuşdu.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ