İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft Fondunun bu sahədən gəlirləri 8 dəfə azalıb

Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun gəlirlərində 38 faiz və ya 2 milyard manatlıq azalma var.

Musavat.com-un xəbərinə görə, iqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, ötən ilin ilk rübündə Fondun gəlirləri 5,3 milyard manat olmuşdu, bu il təxminən 3,3 milyard manat təşkil edib.

AGAYEV.jpg (88 KB)

Bu il Fondun xərclərində isə artım var:

"Bu il xərclər 3,6 milyard manata yaxın olub, ötən il 3,2 milyard manat olmuşdu. 2025-ci ilin 1-ci rübünü Fond 400 milyon manat kəsirlə başa vurub.

Neft Fondunun gəlirlərinin kəskin azalması aktivlərin idarə edilməsinə görə qazanclaırn kəskin azalması ilə bağlı olub.

Ötən ilin yanvar-mart aylarında idarəetmədən 1,9 milyard manata yaxın, bu ilin eyni dövründə 8 dəfə az (232 milyon manat) əldə edilib.

Neft-qaz satışından gəlirlər arasında fərq çox da böyük olmayıb: 2025-də 3 milyard manat, 2024-də isə 3,4 milyard manat təşkil etmişdi".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR