Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Nazpəri Dostəliyeva açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Sənətçi qonaq olduğu "5 üz" verilişində illər əvvəl üzərində onun fotosu olan şokolad qutularından söz açıb.
Proqramın aparıcısı, aktyor Elşən Orucovun "Əvvəllər sizin şokolad qutuların üzərində fotonuz var idi. Ondan pul qazanırdınız" sualına Dostəliyeva belə cavab verib:
"Xeyr, pul qazanmırdım. Məni bircə sevindirən adımdan, xarici görünüşümdən, simamdan insanlar çörək pulu qazanırlarsa, Allah xeyirini versin. Mən onlara halallıq verirəm. Yalnız şokoladlar yox, jurnallar, təqvimlər var idi. Halal xoşları".(Yenisabah.az)
22 Mart 2025
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ