İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirin evinə raket atdılar - ailə üzvləri öldü, özü isə ...(FOTOLAR, VİDEO)

Sudanda ordu ilə paramilitar Çevik Dəstək Qüvvələri arasında baş verən qarşıdurma hər keçən dəqiqə daha da şiddətlənir və ölkədən yayılan görüntülər böhranın miqyasını ortaya qoyub.

Musavat.com xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə yerdə onlarla cəsədin olduğu görünür.

Qarşıdurmalarda həyatını itirənlərin sayı 83-ə, yaralıların sayı isə 1126-ya yüksəlib.

Nazirlik mənbələrindən alınan məlumata görə, paytaxt Xartumun Bəhri rayonunda Sudanın Mədən naziri Məhəmməd Bəşirin evinə 2 raket düşüb. Hadisə zamanı nazirin ailəsindən 2 nəfər ölüb, 2-si cangüdən olmaqla 3 nəfər yaralanıb. Nazir isə sağ-salamat xilas olub.

Digər tərəfdən, Afrika Birliyi (AfB) Komissiyasının sədri Musa Faki Məhəmməd tərəfləri atəşkəsə dəvət etmək üçün Sudana gedəcək. Münaqişələrə son qoymaq üçün sülh yolu ilə hərtərəfli dialoqa ehtiyac olduğunu bildirən AfB tərəfləri Sudandakı vəziyyəti çətinləşdirəcək hər hansı xarici müdaxiləni qəti şəkildə rədd etməyə çağırıb.

Musavat.com

DSÖ: Sudan'daki çatışmalarda 83 kişi öldüDSÖ: Sudan'daki çatışmalarda 83 kişi öldü

DSÖ: Sudan'daki çatışmalarda 83 kişi öldü

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR