İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Türkiyədəki 3 milyon suriyalının vətənə qayıtmasından danışıb

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Nazirlər Kabinetinin iclasından sonra suriyalıların geri qaytarılması ilə bağlı açıqlamalar verib. 

Musavat.com Sozcu.com.tr-yə istinadla xəbər verir kTürkiyənin daxili işlər naziri Əli Yerlikaya Nazirlər Kabinetinin iclasından sonra suriyalıların geri qaytarılması ilə bağlı açıqlamalar verib.i, nazir Yerlikaya artıq sərhəddən gündəlik insan keçişinin tutumunu 15-20 minə çatdırıblar.

Nazirin sözlərinə görə, Türkiyədə müvəqqəti qoruma statusu altında olan suriyalıların sayı 2 milyon 936 min nəfərdir.

Nazir A.Yerlikaya Suriyada Əsəd rejiminin süqutundan sonra suriyalıların geri qayıtmasından danışaraq deyib: "Müvəqqəti qorunan suriyalılar arasında həyəcan və həvəs var. Onlar Suriyadakı son vəziyyətə baxırlar. Suriyada hökumət qurulur. İndi hər şey yenidir. Biz də müşahidə edirik. Çərşənbə günü suriyalılarla görüşəcəyik. 2024-cü ildə orta hesabla təhlükəsiz və ləyaqətli şəkildə geri dönən 11 minə yaxın könüllü olub, bu gün isə bu rəqəm 1,5-2 dəfə artıb. Sərhəd qapılarımızdan könüllü, təhlükəsiz və ləyaqətlə qayıtmaq üçün gündəlik imkanımız 3 min civarında idi, hər gün 350-400 nəfər keçdiyi üçün bu imkan kifayət idi, lakin keçidlərin sayı artdıından indi bu imkanları 15-20-yə çatdırmışıq. Nazirliyimiz öz hazırlıqlarını görüb”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR