İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir postu üçün təşkil edilmiş kampaniya, yoxsa... - Deputatdan DİQQƏTÇƏKƏN AÇIQLAMA

"Düşünürəm ki, burada bir neçə səbəb var. Əsas səbəblərdən biri təbii ki, özlərinin "varlığını" sübut etmək cəhdidir lakin bu absurd məsələdir. Hər hansı statusdan söhbət gedə bilməz. Özləri də bunu bilir".

Bu fikirləri millət vəkili Arzu Nağıyev Musavat.com-a Xankəndində keçirilən mitinqi şərh edərkən bildirib.

O, qeyd edib ki, Araik Arutunyan başda olmaqla cinayətkar dəstə bunun bir sonunun olmadığını başa düşür:

"İkinci məsələ Ruben Vardanyanın özünü nazir kimi təqdim etməsidir ki, bu məqsəd birmənalı şəkildə özünü göstərir. Ola bilsin ki, məhz onun "təyinatından" sonra Araik Arutunyan ərazini tərk etsin və bütün problemləri məhz onun üzərinə atsın".

Millət vəkilinin fikrincə, mitinqin təşkil edilməsində başqa məqsədlər də olub:

"Böyük görüşlər, Soçi görüşü öncəsi belə bir addım atdıar ki, nəyin bahasına olur-olsun sülh müqaviləsi imzalanmasın və onlar "tərəf" kimi özlərinin varlığını ortaya qoysunlar. Eyni zamanda digər məqsəd isə təbii ki, Paşinyanın atdığı addımlarla razılaşmamaq, nəyin bahasına olur-olsun problemlər yaradaraq gələcəkdə sülhməramlı qüvvələrin məhz bu ərazidə qalmasına bir zəmin yaratmaqdır. Yəni bu qarşıdurmaya gətirib çıxara bilər, əgər doğrudan da mitinq eliyirlərsə, sabah hər hansı başqa problem baş verə bilər. Ona görə də sülhməramlı qüvvələrin burada olmasına ehtiyac var. Yəni bu, düşünülmüş bir siyasətdir. Birmənalı şəkildə cinayət etmiş şəxslər heç vaxt Azərbaycan vətəndaşı ola bilməz və qanun qarşısında cavab verməlidirlər. Əgər xoşları gəlmirsə, ərazimizi tərk edə bilərlər. İstəyən də qalıb, Azərbaycan Konstitusiyasına uyğun yaşaya bilər. İstənilən halda bu düşünürəm ki, daxili və xarici auditoriyaya hesablanmış bir siyasətdir".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR