İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir müavini: COP29 ilə bağlı Azərbaycandan əsas gözlənti...

"COP29-a hazırlıq üzrə görülən işlər iki istiqamətdə aparılır".

Musavat.com xəbər verir ki, bunu COP29 sədrliyinin ilk mətbuat konfransında Danışıqçılar qrupunun rəhbəri, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib.

Nazir müavini qeyd edib ki, ilk istiqamət tədbirdə qəbul olunan sənədlər üzrə işlər, həm də Azərbaycanın iqlim mövzusunda təklifləri ilə bağlıdır:

"Bir çox dövlətlərə səfər edilib, təcrübə toplanılıb. COP29-la bağlı gözlənilən müzakirələr edilib. Azərbaycandan əsas gözlənti tərəflər arasında fikir ayrılıqlarını nəzərə almaqla konsensus yaratmaqdır. Azərbaycan konfransa evsahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır. COP29 danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur və danışıqların uğurlu nəticələnməsi istiqamətində mümkün həll yolları üzərində fəal iş aparılır".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR