İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir: "Azərbaycan Türkiyə ilə birlikdə işğaldan azad edilmiş ərazilərdəki 5 KSES-i bərpa edəcək"

"Azərbaycanın xarici ölkələrdəki investisiya həcminə görə Türkiyə 1-ci yerdədir".

Musavat.com bildirir ki, bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib. Nazir qeyd edib ki, bu, qardaş ölkələr arasında investisiya tərəfdaşlığının inkişaf səviyyəsini əyani olaraq göstərir:

"Ölkəmiz 1995-ci ildən 2023-cü ilin 6 ayınadək qardaş Türkiyəyə 19,9 milyard dollar həcmində investisiya yatırıb".
Nazir həmçinin bildirib ki, Azərbaycan Türkiyə ilə birlikdə işğaldan azad edilmiş ərazilərdəki 5 kiçik su elektrik stansiyasını (KSES) bərpa etməyi planlaşdırır:
"Nazirliyə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC qardaş ölkədən olan şirkətlərlə danışıqlar aparır və bu il 5 KSES-in bərpası layihəsi hazırlanıb. Bərpa işləri özəl investisiyalar hesabına həyata keçiriləcək”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR