Onlayn ictimai-siyasi qəzet
Piter Harrinqtonun saytında Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerə verilən “Dostıq” ordeninin satışı ilə bağlı elan yerləşdirilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, reklamda Qazaxıstanın dövlət mükafatını 12,5 min funt sterlinqə almaq təklif edilir.
“Qiymətli daşlarla bəzədilmiş döş ulduzu, çiyin lentindəki orden nişanı ilə birlikdə mavi parça ilə örtülmüş, ağ atlasla üzlənmiş, üzərində “Dostluq” yazısı olan orijinal qutuda təqdim olunur.
Bu mükafat Marqaret Tetçerə 2001-ci ildə Nursultan Nazarbayev tərəfindən təqdim edilib. “Dostluq” ordeni ilə vətəndaşlar cəmiyyətdə qarşılıqlı harmoniyanın qorunmasında səmərəli fəaliyyətinə, xalqlar arasında sülhün, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə verilir.
Ordeni Tetçerin ailəsindən kimin virtual hərraca çıxarması barədə məlumat verilmir.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ