Onlayn ictimai-siyasi qəzet
2022-ci ildən bəri Qazaxıstanın hüquq-mühafizə orqanları respublikanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıya qarşı iş üzrə 1,6 milyard dollar məbləğində vəsaiti büdcəyə qaytarıb.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin mətbuat xidməti məlumat yayıb.
2022-ci ilin sentyabrında Qazaxıstan məhkəməsi Satıbaldını mənimsəmə işi üzrə 6 il müddətinə azadlıqdan məhrum edib. Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində və “Nur Otan” partiyasında (indiki “Əmanət” partiyası) vəzifələrdə çalışıb, bizneslə məşğul olub, prezident əmisinin yaratdığı şəraitdən istifadə edərək külli miqdarda vəsait toplayıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ