İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanlı Zərərçəkmişlər Birliyi yaradılır – Talıbovların həbsi tələb edilir -VİDEO

Naxçıvanlı Zərərçəkmişlər Birliyi yaradılır.

TNS xəbər verir ki, Naxçıvan Şəhər Məhkəməsinin sabiq sədri, tanınmış hüquqşünas, vəkil Hüseyn Həsənov belə bir təşəbbüs irəli sürüb. Birliyin yaradılmasında məqsəd Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə insanlara vurulmiş ziyanın hesablanması və ödənilməsinə nail olmaqdır.

Son 30 il ərzində Vasif Talıbov və onun yaxın adamları tərəfindən minlərlə insanın əmlakı zorla əlindən alınıb, muxtar respublikada və ondan kənarda yaşayan naxçıvanlılara böyük məbləğədə ziyan vurulub. İnsanlara dəymiş zərərin Vasif Talıbovun və yaxın ətrafının şəxsi vəsaiti hesabına ödənilməsi məsələsi qaldırılıb.

Naxçıvanlı Zərərçəkmişlər Birliyi yaradıldıqdan sonra onun üzvləri Vasif Talıbovun məsuliyyətə cəlb edilməsi üçün ölkə başçısına müraciət edəcəkdir.

Birlik Naxçıvan məhkəmələrinin indiyə qədər qəbul etdiyi qanunsuz qərarları da gündəmə gətirəcəkdir.

Artıq birliyin təşkilat komitəsi yaradılıb. Yaxın vaxtlarda təsis konfransının keçirilməsi nəzərdə tutulur.

Bu barədə tanınmış jurnalist Aygün Muradxanlının rəhbəri olduğu Prime TV-nin dünın yayımlanan “Qırmızı masa” proqramında ətraflı bəhs olunub.

Proqramın həmin hissəsini təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR