İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

Naxçıvan Səhiyyə Nazirliyinin maliyyə şöbəsinin müdiri Asəf Musayev vəzifəsindən azad olunub.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Samiq Sadıxov əmr imzalayıb.

Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, Asəf Musayevin işdən azad olunmasına səbəb COVID-19-la mübarizə çərçivəsində tibb işçilərinə ödənilməli olan əlavələrin ödənilməməsi, tibbi sığorta üzrə tibb işçilərinə ödənilməli olan vəsaitlərin düzgün xərclənməməsidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR