İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvan Ali Məclisinin sessiyası keçirilir - Seymur Talıbov... - VİDEO

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilir.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, sessiyada Anar Adil oğlu İbrahimov Ali Məclis sədrinin müavini seçilib.

Anar İbrahimov16 saylı Qıvraq seçki sairəsindən deputat seçilib, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının sədr müavini-aparat rəhbəri, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir. O, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

***

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası başlayıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, onuncu sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının təsdiq edilməsi, Ali Məclisi sədrinin müavininin seçilməsi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi, həmçinin, "Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi məsələləri daxil edilib.

Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu, 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilmiş Seymur Talıbov da iştirak edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR