İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnının adından yazılan mesajlar saxta çıxdı - QALMAQAL

Bu günlərdə Aleksey Navalnının adından yayılan son mesajlar onun rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun (KMF) üzvü Georgi Martınov tərəfindən yazıla bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Bunun üçün Aleksey Navalnının həbsdən əvvəl və sonra ictimaiyyətə açıq olan mətnləri üzərində elmi araşdırma aparılıb. Araşdırmaçıların iddiasına görə, onları müxalifətçinin fonddan tanıdığı Georgi Alburov yazır.

“Mətn təhlilində diksiya, qrammatika, bağlayıcılardan istifadə və düşüncələrin forması müəllifliyin müəyyənləşməsi baxımından bir növ “barmaq izi” rolunu oynayır. Onlar oxşar görünə bilər, lakin dəqiq surəti demək olar ki, mümkün deyil”, - deyə yazıda qeyd olunur.

Jurnalistlər məktubların müəllifliyini müəyyən etmək üçün Stylo stilometrik analiz paketi kimi proqramlardan istifadə ediblər. Bu proqram kompüter stilisti Con Börrouz tərəfindən qurulub.

Təhlillərin nəticələri göstərib ki, Navalnının dəmir barmaqlıqlar arxasından “öz” yazılarının müəllifi ola bilməsi mümkün deyil. Navalnının məqalələrinin müxtəlif mətnlərlə müqayisəsi zamanı əsl müəllifin KMF üzvü Georgi Alburova məxsus olduğu üzə çıxıb. Təşkilatın digər əməkdaşlarının da ona bu mətnləri redaktə etməkdə kömək edə biləcəyi qeyd olunur.

Rusiya müxalifətçiləri uzun müddətdir ki, Aleksey Navalnının həbsxanadan yazdığı mesajların müəllifi olması ilə bağlı mübahisə edir. Bir çoxları Navalnıya dəfələrlə işgəncə verən məhbusların siyasətçiyə hakimiyyəti tənqid edən yazılar yazmasına imkan verdiyinə heyrət edir.

Bundan əvvəl Navalnı adından yayılan “Mənim qorxum və nifrətim” manifestində siyasətçi ölkədəki vəziyyətə görə günahkar olanları tənqid edib. Bu məktub müxalifətin tənqidinə səbəb olub. Bir çox şərhçilər mətnin müəllifinin Navalnıya aid olduğuna şübhə ilə yanaşıblar.

“Mən “Aleksey Navalnının məktubları”nı yazan müəlliflərdən faktlara diqqətli olmalarını xahiş edirəm: siyasi məhbusların məktubları sizin üçün “Twitter” mesajı deyil”, - deyə “Novaya Gazeta Europe”un baş redaktoru Kirill Martınov yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR