İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Türkiyəni taxıl sazişini genişləndirməyə çağırıb

NATO Türkiyəyə taxıl sazişinin davam etdirilməsinə səbəb olan səylərinə görə təşəkkür edir, bu sazişin uzadılmasına və genişləndirilməsinə çağırır, həmçinin Ankaranın Ukraynaya ən son silahlar verməsini yüksək qiymətləndirir.

“Report” xəbər verir ki, bunu cümə axşamı NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.

"Mən (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana - red) Ərdoğana və Türkiyə hökumətinə taxıl təşəbbüsünü yenidən işə saldıqları üçün təşəkkürümü bildirdim. Əgər bu taxıl bazarlara çıxmasaydı, ərzaq qiymətləri qalxacaq və milyonlarla insan əziyyət çəkəcəkdi. NATO bu təşəbbüsün uzadılmasına və genişləndirilməsinə çağırır”, - Stoltenberq bildirib.

“Biz həmçinin Ukraynaya ən son silahları tədarük etdiyinə, əsirlərin mübadiləsini asanlaşdırdığına və digər diplomatik səylərə görə Türkiyəyə minnətdarıq”, - o əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR