İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO tipli ilk milli snayper: "Yalquzaq" - Sərhədçilərin silah arsenalı - FOTOLAR + VİDEO

Musavat.com Dövlət Sərhəd Xidmətinin mühafizəsi zamanı sərhədçilər tərəfindən sərhəd pozucuları və xüsusi risklərə qarşı istifadə olunan silah-sursat və texnikanın bir qisminin foto, videosunu təqdim edir.

Qeyd edək ki, onlar arasında NATO tipli ilk milli silah - “Yalquzaq” snayper tüfəngi də var.

Onunla bağlı baş leynenant Emin Nəbiyev Musavat.com-a məlumat verib.

Azərbaycan Ordusunun silahlanmasında yer alan, Vətən müharibəsində yüksək dəqiqlik göstərən “Yalquzaq” snayper tüfəngi xarici analoqları ilə müqayisədə bir çox üstünlüklərə malikdir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən hazırlanıb. 7.62×51 mm “Yalquzaq” snayper tüfəngi “bolt action” iş prinsipinə malikdir. “Yalquzaq” snayper tüfəngi müxtəlif hava şəraitində istismar oluna bilir. Daşınma rahatlığı və erqonomikası baxımından “Yalquzaq” snayper tüfəngi xüsusi təyinatlılar və hava-desant qoşunları üçün ideal seçim hesab olunur.

Snayper tüfəngində Azərbaycan hərbi sənayesində ilk dəfə olaraq tətiyin tənzimlənməsi mexanizmi tətbiq edilib ki, nəticədə tətik mexanizminin sərtliyini, gediş məsafəsini atıcının rahatlığı üçün öncədən nizamlamağa imkan əldə olunub. Snayper tüfəngi 1000 m məsafədə sərrast atışın aparılmasını təmin edir.

Daha ətraflı Musavat.com-un videolarında:

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR