Onlayn ictimai-siyasi qəzet
Mərkəzi və Şərqi Avropadakı bəzi NATO ölkələri Macarıstanın baş naziri Viktor Orbana inamını itirir və Budapeştin Moskva ilə münasibətlərini qoruduğu üçün bu ölkə ilə strateji məsələləri müzakirə etmək istəmir.
Musavat.com xəbər verir ki, bu məlumat Fransanın “Le Monde” qəzeti tərəfindən yayılıb.
Məlumata görə, “Buxarest doqquzluğu” (Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Slovakiya, Rumıniya, Çexiya və Estoniya) Orbanla “məxfi məlumatların paylaşılmasının” və “strateji danışıqların təşkilinin” mümkün olmadığı qənaətindədir. Bu, Macarıstanın baş nazirinin Moskva ilə “açıq ünsiyyət kanalına” malik olması ilə bağlıdır.
Məlumata əsasən, Macarıstana inamsızlıq güclənərsə, “Buxarest doqquzluğu” tezliklə “Buxarst 8”ə çevrilə bilər.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ