İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun üç aviadaşıyıcısı Balkan yarımadası yaxınlığında təlimlər keçirib

ABŞ-ın “USS George Bush”, Fransanın “FS Charles de Gaulle” və İtaliyanın “ITS Cavour” aviadaşıyıcıları İon dənizində təlimlər keçirib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı əməliyyat donanması məlumat yayıb.

“NATO-nun üç aviadaşıyıcı zərbə qrupu noyabrın 23-də İon dənizində çoxdaşıyıcı əməliyyatlar zamanı Avro-Atlantik regionunda təhlükəsizlik və sabitliyə sadiq olduqlarını nümayiş etdirib”, - məlumatda qeyd edilib.

Bildirilib ki, noyabr ayı ərzində Şimali Atlantikada, Adriatik və Aralıq dənizində beş müttəfiq aviadaşıyıcı zərbə qrupunun fəaliyyət göstərəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR