Onlayn ictimai-siyasi qəzet
NATO-nun baş katibi Mark Rutte Rusiyanın Ukraynaya hələ də qalib gələ bilmədiyinə görə ABŞ-yə təşəkkür edib və bu nailiyyəti Amerika rəhbərliyi ilə əlaqələndirib.
Musavat.com xəbər verir ki, o, Brüsseldə ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdən əvvəl jurnalistlərə açıqlamasında deyib: “Amerika rəhbərliyi sayəsində Ukrayna qalib gəldi, çünki Rusiya qazanmadı”.
Bununla belə, Rutte artıq növbəti ifadədə açıq şəkildə göstərib ki, Ukraynanın qələbəsi üçün ABŞ və NATO-nun görəcəyi çox iş var. "Ukraynada biz öz məqsədlərimizə çatmağa davam etməli, silah istehsalını artırmalı və Ukraynanın qalib gəlməsini təmin etməliyik", - Rutte deyib.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ