Onlayn ictimai-siyasi qəzet
Yaxın iki il ərzində NATO-nun Latviyadakı bölmələrinin şəxsi heyətinin ümumi sayı 5 min nəfərə çatdırılacaq.
"Report"un məlumatına görə, bunu Latviyanın müdafiə naziri Andris Spruds jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Kanadanın komandanlığı altında Latviyada yerləşdirilən döyüş qrupu çoxmillətli briqada səviyyəsinə qədər genişləndiriləcək: "Bu qrupun 2026-cı ilə qədər tam döyüş hazırlığına çatacağı və 3,5 minə yaxın hərbçidən ibarət olacağı gözlənilir. Yaxın iki ildə onların ümumi sayı 5 min nəfərə yaxın olacaq".
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ