İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Finlandiya və Rusiya sərhədindəki vəziyyətə qarışmayacaq

Finlandiya və Avropa İttifaqının (Aİ) sərhəd agentliyi Frontex Rusiya ilə sərhəddəki vəziyyətin öhdəsindən gəlir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Baş katib vəziyyətə müdaxilə ehtimalını dəyərləndirib və qeyd edib ki, Helsinki sərhəd nəzarətini gücləndirmək üçün alyansdan hərbi yardım istəməyib. “NATO Finlandiyanın Rusiya ilə sərhədi gücləndirmək üçün gördüyü tədbirləri alqışlayır” deyən Stoltenberq sərhəddəki miqrasiya vəziyyətinin təfərrüatlarından xəbərsiz olduğunu qeyd edib.

Bundan əvvəl Finlandiyanın baş nazirinin müavini və maliyyə naziri Riikka Purra bildirmişdi ki, Finlandiya hökuməti Rusiya ilə sərhədləri tamamilə bağlamaq barədə qərar verməlidir. Onun sözlərinə görə, miqrant axını “Rusiyanın hibrid əməliyyatıdır” və bu, “Finlandiyanın milli təhlükəsizliyinə qarşı yönəlmiş addımdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR