İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO baş katibi: "Avropada terror təhlükəsi realdır"

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Avropada terror təhlükəsi realdır.

Musavat.com xəbər verir ki, o, bu barədə İtaliyanın Tg2 telekanalına müsahibəsində deyib. 

"Biz NATO ölkələrinə hərbi hücum təhlükəsi görmürük. Amma terror hücumları təhlükəsi daim var. Avropada terror təhlükəsi realdır. Biz Yaxın Şərq, Şimali Afrika, İordaniya, Tunisdəki tərəfdaşlarımızla işləyirik, onlara sərhədlərinə daha yaxşı nəzarət etməkdə və məlumat paylaşmaqda kömək edirik", - o deyib. 

Yaxın Şərqdəki vəziyyəti şərh edən baş katib qeyd edib ki, Qəzza zolağında hərbi əməliyyatların dayandırılması girovların azad edilməsinə və əhaliyə yardımın çatdırılmasına imkan verib:

"Mən fasilənin uzadılmasını tələb edirəm, çünki bu, Qəzza xalqına bir az möhlət verəcək və girovların azad edilməsinə imkan yaradacaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR