Ötən il ərindən boşanan 43 yaşlı Hollivud ulduzu Natali Portman 44 yaşlı fransız musiqi prodüseri Tanqi Detabl ilə görüşür.
Bu barədə fransanın “Voici” nəşri məlumat yayıb.
Bu xəbəri isə “Daily Mail” nəşrinin dərc etdiyi fotoşəkillər də təsdiqləyir.
Belə ki, paparatsilər Portmanı və onun yeni sevgilisini Parisdə gəzinti zamanı görüntüləməyə nail olub. Cütlük qucaqlaşıb.
Xatırladaq ki, bir müddət əvvəl Natali Portman xoreoqraf Benjamin Millepieddən qalmaqallı şəkildə ayrılıb. Cütlük 12 il evli olub və iki övladı var: 13 yaşlı oğlu Alef və 8 yaşlı qızı Amaliya.
Boşanma Benjaminin 25 yaşlı eko-aktivist Kamil Etiennə xəyanət etməsi səbəbindən baş verib və bu, tez bir zamanda ictimaiyyətə məlum olub. Əvvəlcə Natali qalmaqala münasibət bildirmədi, hətta çoxları onun ərini bağışlayacağına inansa da, sonda cütlük boşandıqlarını açıqladı. (olay)
ŞƏRHLƏRŞƏRH YAZ