İnsanlara hürriyət, millətlərə istiqlal!

NASA rəhbəri: “Çin artıq gözünü Aya dikib”

“Çin Ayın ən zəngin resurs sahələrini tədqiq etməyə və ABŞ-ı onlardan uzaq tutmağa çalışa bilər”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, NASA-nın direktoru Bill Nelson “Politico” jurnalına müsahibəsində bu narahatlığı paylaşıb.

"Bu bir faktdır ki, biz kosmos yarışındayıq, - deyə Nelson situasiyanı izah edib.

"Biz Çinin elmi araşdırma adı altında Ayda özünə ərazilər əldə etmək istəməsinə diqqətli olmalıyıq". Çünki Pekin hər zaman “Uzaq durun, biz buradayıq, bu bizim ərazimizdir” deyə bilər”,-deyə Kosmik agentliyin rəhbəri bildirib.

Qeyd edək ki, 2030-cu illərdə Pekin Aya ilk insan uçuşları təşkil etməyi planlaşdırır. ÇXR çox güman ki, dünyada ABŞ-dan sonra Yerin təbii peykinə insan çatdıra bilən ikinci ölkə olacaq.

Son illərdə Çin tarixdə ilk dəfə olaraq Ayın qaranlıq tərəfi də daxil olmaqla, onun səthindən nümunələr toplamaq üçün bir neçə aparat göndərib.
Pentaqonun məlumatına görə, Çinin planlarına təkcə Yerin təbii peykinə taykonavtların (Çində kosmonavtlara verilən ad-red.) göndərilməsi deyil, həm də orada rabitə sistemlərinin quraşdırılması daxildir. ABŞ Çinin Ayda öz infrastrukturunu yaratmaqla gələcəkdə Qərbin kosmik proqramları üçün kommunikasiyaları bloklaya biləcəyindən qorxur.

Çin belə ittihamları rədd edib. Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Penqyuy “ölkəsinin kosmosdan dinc istifadənin tərəfdarı və orada silahlanma yarışına qarşı olduğunu” bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR