İnsanlara hürriyət, millətlərə istiqlal!

NASA-dan sensasiya: Naməlum siqnal göndərən “Super Yer” planet kəşf edildi!

Musavat.com xəbər verir ki, NASA-nın TESS (Transiting Exoplanet Survey Satellite) teleskopu Yer kürəsindən 154 işıq ili uzaqlıqda yerləşən TOI-1846 b adlı naməlum planetin sirli siqnallar yaydığını aşkarlayıb.

“Super Yer” kateqoriyasına daxil edilən bu ekzoplanet alimləri heyrətə salıb və həyatın mümkünlüyü ilə bağlı yeni suallar yaradıb.

TOI-1846 b — Yer kürəsindən 1.79 dəfə böyük, 4.4 dəfə daha ağırdır. O, Günəşdən 40% kiçik olan qırmızı cırtdan ulduz ətrafında cəmi 3.93 günə dövr edir. Bu qədər yaxın orbit isə onun səth temperaturunun 315°C-yə qədər yüksəlməsinə səbəb olur.

Planetin tərkibi, alimlərin fikrincə, su ilə zəngin ola bilər. Atmosferində su buxarı, metan və digər qazların olması ehtimalı da irəli sürülür. Bu isə onu “sadəcə qayalı planet”dən fərqləndirir və xüsusi maraq doğurur.

TOI-1846 b, “radius boşluğu” deyilən və Yerlə Neptun arasında ölçü və struktur baxımından keçid mərhələsi sayılan nadir planetlər sinfinə aiddir. Bu cür planetlər kainatda həyatın müxtəlif formalarının mövcud ola biləcəyi barədə daha geniş anlayış verir.

Ən maraqlısı isə – planetdən naməlum siqnallar gəlir. NASA bu siqnalların təbiətini hələ izah edə bilməyib, lakin onların qeyri-təbii olub-olmaması yaxın müşahidələrlə aydınlaşdırılacaq.

NASA-nın alimləri ümid edirlər ki, James Webb Kosmik Teleskopu vasitəsilə aparılacaq əlavə tədqiqatlar bu ekzoplanetin atmosferini daha dəqiq öyrənməyə və bəlkə də həyat üçün uyğun şəraitin olub-olmadığını müəyyən etməyə imkan verəcək.

Bəşəriyyətin cavab axtardığı əsas suallardan biri – “Biz kainatda təkikmi?” – TOI-1846 b-nin sirli siqnalları bu sualın cavabına bir addım daha yaxınlaşdığımızı göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR