Onlayn ictimai-siyasi qəzet
Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasına təhvil verilən şəxsin alt paltarından narkotik çıxıb.
Qaynarinfo-nun məlumatına görə, 1986-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş Rəşad Məmmədov (ad-soyad şərti) Qaradağ rayon polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə saxlanılıb.
Onun üzərində keçirilmiş şəxsi axtarış zamanı cibindən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,185 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, məhkəmənin qərarı ilə həbs edilib.
Rəşad Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasına təhvil verildikdən sonra təcridxananın əməkdaşları tərəfindən üzərinə baxış keçirilib. Baxış zamanı alt paltarının iç tərəfində gizlətdiyi təmiz çəkisi 0,327 qram olan heroin aşkar edilərək götürülüb. Məlum olub ki, o saxlanılan və məhkəməyə çıxarılan zaman üzərində narkotik gizlədibmiş
Rəşad ifadəsində bildirib ki, 7 iyun 2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonu, Yeni Yasamal ədlanan ərazidə ad-soyadını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün 1 bükümdə kakos adlanan narkotik vasitə heroin alıb, onu 2 yerə bölüb. Bir bükümü şalvarının cibində, digər bükümü isə alt paltarının iç tərəfində gizlədib. Məqsədi az-az istifadə etmək olub, eyni zamanda bükümləri ayrı-ayrı yerlərdə saxlayıb ki, əgər polis əməkdaşları tərəfindən saxlanılarsa, alt paltarında heroin olmasından şübhələnməsin, cibindən aşkar edilmiş heroinlə kifayətlənsinlər. Çünki çəkisi az olduğu təqdirdə inzibati məsuliyyətə cəlb olunaraq tez bir zamanda azadlığa buraxılar. Saxlanılan zaman üzərində şəxsi axtarış aparılarkən polis əməkdaşları alt paltarında narkotikin olmasından şübhələnmədikləri üçün o, da bu barədə məlumat verməyib.
Məhkəmənin hökmü ilə Rəşad 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ