İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotacirlərin silahlı müqavimət “ənənəsi” - səbəb nədir?

“Onların silahdan istifadə etməsi daha çox yazılmamış qaydadır”

Günümüzün bəlasına çevrilmiş narkotik alverçiləri onları həbs edərkən bir çox hallarda hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərirlər.  Onların əksərinin evində, avtomobilində, üzərində axtarış apararkən silah da aşkarlanır.  

Qeyd edək ki, yanvarın 28-də Bakı şəhərində narkotiklə əlaqəli cinayətlərə görə axtarışda olan şübhəli şəxs saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq olunmaqla, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Aslanov Ceyhun zərərsizləşdirilərək xəstəxanaya yerləşdirilib.

Onun yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkarlanıb.

Filmlərdə də görmüşük ki, dünyanın müxtəlif ölkələrində narkotacirlər hətta yaxalanmaqdan qurtara bilməyəcəkləri şəraitdə belə, polisə atəş açırlar. Bu “ənənə”nin səbəbi nədir? Onlar iz itirməyə çalışır, yoxsa bu bir yazılmamış qaydadır?

Nazir Bakını tıxacdan qurtarmağı tapşırdı - problemli ərazilər

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, narkotacirlərin, ümumiyyətlə ,cinayətkarların silahdan istifadə etməsi daha çox yazılmamış qaydadır: “Cinayət törədən və ya törətməkdə olan şəxsin silahlı olması, silahdan istifadə etməsi ələ keçməsini önləmək üçündür. O ki qaldı bu silahlı insidentlərdə istifadə edilən silahların haradan, necə əldə olunması, hüquq-mühafizə orqanlarının araşdırma mövzusudur. Böyük ehtimalla 1-ci və 2-ci Qarabağ müharibələri günlərində həmin silahlar ayrı-ayrı şəxslər tərəfindən ələ keçirilib. Silah əldədirsə, bir gün istifadə ediləcəyi də şübhəsizdir. Xüsusilə də cinayətkarlar üçün bu keçərlidir. DİN mütəmadi silah tapılmasına dair məlumatlar açıqlayır. Amma istənilən halda diqqətdən yayınmağı bacaran şəxslər var. Bu cür hadisələr dünyanın hər yerində, ən inkişaf etmiş ölkələrində belə baş verir. Mülki şəxslərin Azərbaycanda da yalnız ov tüfənglərini gəzdirmək icazəsi var. Amma digər silahların əldə olunması halları da var. Azərbaycan 30 il ərzində 2 müharibədən keçib. Müharibələrdə canlı qüvvə ilə yanaşı silahlar da itirilir. Ona görə də ölkədə silahların əldə olunması halları var”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR