İnsanlara hürriyət, millətlərə istiqlal!

“Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbir keçirilir

Bu gün “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və  İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbir keçirilir.

Musavat.com xəbər verir ki, panel müzakirələrdə cəmiyyətin təhlükəsizliyini təhdid edən narkomaniya və məişət zorakılığını doğuran səbəblər və onların aradan qaldırılması istiqamətində atılmalı olan addımlar müzakirə edilir.

Tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil, Səhiyyə, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Milli Məclisin üzvləri, QHT rəhbərləri, media nümayəndələri və ekspertlər iştirak edib.

“Liatris Holdinq”-in rəhbəri Ruhiyyə Əliyeva tədbirdə çıxış edib. O, qeyd edib ki, insanın cəmiyyətdə qəbul edilməyən gizli həvəslərə düşməsi onda zərərli vərdişlər yaradır:

“Qəbul edilən, mübaliğəsiz bir reallıq da var, insan vərdişlərinin övladıdır. Yaranan vərdişin nəticəsində insan narkotik aludəçisidirsə, taleyin işi deyil, seçimdir. Şəraitin, mühitin də burada payı var. Narkotik vasitələrlə əlaqəli cinayətkarlığa biz təkcə cəza ilə deyil, həmçinin insan orqanizminin fəaliyyətinə pis, mənfi halları yaradan mühiti iflic edən vasitələrlə çıxmalıyıq. Bizdən nə asılıdır – biz narkotik aludəçisini gizlətməklə ona ən böyük pisliyi edirik. Əgər narkomaniya xəstəlikdirsə, şəxsiyyət pozğunluğudursa, nə etməliyik? Bu sualların cavabı var. Cavablar əməli fəaliyyətimizlə üst-üstə düşürmü? İmkanlar tükənməyib, imkanlar var”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru  Elşad Hacıyev, İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva və digərləri çıxış ediblər. Tədbir davam edir.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR