İnsanlara hürriyət, millətlərə istiqlal!

"Narışkinin istefası uydurmadır" - kəşfiyyat idarəsinin təkzibi

Rusiya Xarici Kəşfiyyat Xidməti sosial şəbəkələrdə Sergey Narışkinin istefası ilə bağlı yazılanları boş uydurma adlandırıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosundan məlumat verilib.

Onlar şəbəkədə yayılan məlumatı şərh etməkdən imtina ediblər.

Yanvarın 11-də Narışkin əfsanəvi kəşfiyyatçı Koen cütlüyünün ABŞ-dan SSRİ-yə qayıtdıqdan sonra 20 il yaşadıqlar evdə (Bolşaya Bronnaya küçəsində) qoyulan xatirə lövhəsinin açılışında iştirak edib.

XKX rəhbəri öz çıxışında iki ölkə arasında nüvə paritetinin yaradılmasında onların böyük töhfələrini qeyd edib. Xüsusilə Koenlər “Enormous” adı ilə tanınan əməliyyat çərçivəsində Amerikanın nüvə proqramı ilə bağlı mühüm məxfi məlumatlar əldə edib, SSRİ-yə ötürüblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR