İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nar”ın dəstəyi ilə Azərbaycan əlifbası və Azərbaycan dili günündə natiqlik çempionatının qalibləri mükafatlandırıldı

Ana dilimizin inkişafına töhfə vermək məqsədilə 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günündə “Nar”ın dəstəyi ilə təşkil edilən “Diksiya Akademiyası”nın “Ana dilində hekayəni danış” natiqlik çempionatının final mərhələsi uğurla yekunlaşıb.

Çempionatın final mərhələsinə vəsiqə qazanan 11 iştirakçı qalib gəlmək üçün səhnədə 5 dəqiqəlik çıxışlarını təqdim ediblər. "Ana dilində hekayəni danış" natiqlik çempionatının qalibi öz xüsusi nitq istedadı ilə fərqlənən Zinyət Əliyeva olub, layihədə 2-ci yerin sahibi Murad Yunusov, 3-cü yerin sahibi isə Davud Muxtarov seçilərək “Nar” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

“Nar”ın Korporativ Ünsiyyət və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Hökümə Kərimova müsabiqə qaliblərini təbrik edərək belə bildirib: “Nar” olaraq, Azərbaycan dilinin qorunması və inkişafı bizim üçün böyük əhəmiyyət kəsb edir. Dilimiz milli kimliyimizin, mədəniyyətimizin və tarixi irsimizin əsas bir hissəsidir. Azərbaycan dilindəki zəngin söz ehtiyatı və ifadə imkanları, onun nə qədər dərin və çoxşaxəli olduğunu göstərir. “Ana dilində hekayəni danış” natiqlik çempionatına verdiyimiz dəstək, bu məqsədin həyata keçirilməsinin bir nümunəsidir.

Düzgün və təsirli dil istifadəsi yalnız şəxsi ünsiyyətdə deyil, həm də professional iş mühitində çox əhəmiyyətlidir. Effektiv kommunikasiya bacarıqları, iş dünyasında qarşılıqlı anlaşmanı artırır və peşəkarlığı möhkəmləndirir. Bu cür tədbirlərdə iştirak etməklə, iştirakçılar yalnız dil bacarıqlarını inkişaf etdirməklə qalmır, həm də gələcəkdə iş həyatında uğur qazanmaq üçün lazım olan bacarıqları inkişaf etdirirlər”.

Qeyd edək ki, “Ana dilində hekayəni danış” natiqlik çempionatı dörd ildir, təşkil edilir və bu vaxta qədər müsabiqəyə 250-dən çox iştirakçı qatılıb. “Nar” ana dilimizin inkişafına təkan verən müxtəlif layihələrlə yanaşı, son iki ildir, natiqlik çempionatının keçirilməsinə də öz dəstəyini göstərir. Mobil operatorun korporativ sosial məsuliyyət sahəsində gerçəkləşdirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR