Onlayn ictimai-siyasi qəzet
Cəfərinin tərkibində rekord miqdarda C vitamini, həmçinin sümüklər və qan dövranının yaxşı işləməsini təmin edən nadir K vitamini var.
Bu barədə aif.ru-ya tibb elmləri namizədi, diyetoloq, Qidalanma və Biotexnologiyalar üzrə Federal Tədqiqat Mərkəzinin baş elmi işçisi Natalya Denisova danışıb.
"Göyərti ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edən və hamilə qadınlar üçün tamamilə zəruri olan fol turşusu (vitamin B9) ilə zəngindir. Fol turşusu dölün sinir borusunun formalaşmasında iştirak edir. Bu vitaminin çatışmazlığı isə patologiyalara səbəb olur. Bundan əlavə, cəfərinin tərkibində su-duz mübadiləsində iştirak edən kalium var. Xüsusilə hipertoniya xəstələri üçün lazımdır, çünki bədəndən mayenin çıxarılmasını stimullaşdırır və qan təzyiqini azaltmağa kömək edir.
Bitkinin tərkibində maqnezium, manqan, kalsium, dəmir, nadir antioksidantlar - mirisetin və apigenin var ki, bunlar bir neçə məhsulda olur. Apigenin sinir toxumasında metabolik prosesləri stimullaşdırır, həmçinin Alzheymer xəstəliyi kimi, degenerativ beyin xəstəliklərinin qarşısının alınması üçün faydalıdır. Mirisetin isə üzümdə, qırmızı şərabda, şokoladda və çayda olan quercetinə oxşardır, hətta bəzi hallarda aktivliyi daha yüksəkdir", - ekspert vurğulayıb.
Cəfəri həmçinin beta-karotin, lutein və zeaksantin səbəbiylə göz xəstəliklərinin, xüsusən də kataraktanın qarşısının alınması üçün yaxşıdır. Göyərtilər minimum kalori ehtiva edir, onların pəhriz lifi isə lazımsız hər şeyi bədəndən kənərlaşdırmağa və həzmi normallaşdırmağa kömək edir. Diyetoloq onu gün ərzində müxtəlif yeməklərə əlavə etməyi məsləhət görüb. (Publika.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ