İnsanlara hürriyət, millətlərə istiqlal!

Musleradan sonra "Qalatasaray"ın yeni kapitanı bəlli oldu - FOTO

"Qalatasaray" klubu uzun illərdir komandanın kapitanı olan Fernando Muslera ilə yollarını ayırmağa hazırlaşır.

Milli.Az xəbər evrir ki, Trendyol Super Liqasının çempionluq qeyd etmələri zamanı emosional anlar yaşayan Musleranın ayrılığı klubda yeni bir dövrün başlanğıcını qoyub.

Mərasimdə çıxış edən baş məşqçi Okan Buruk həm Musleranın, həm də belçikalı ulduz Dris Mertensin komandadan ayrılacağını bildirib. "Bu çempionluqda böyük payı olan iki futbolçumuz bizdən ayrılır. Onların əvəzinə vacib transferlər etməliyik", - deyə Buruk qeyd edib.

Musleranın gedişindən sonra komandanın yeni kapitanı da müəyyənləşib. Türkiyə mətbuatının, xüsusilə "Sabah" qəzetinin məlumatına görə, sarı-qırmızılıların yeni kapitanı Mauro İkardi olacaq.

İkardinin ardından ikinci kapitan vəzifəsini Əbdülkerim Bardakçı, üçüncü kapitan vəzifəsini isə Kaan Ayhan yerinə yetirəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR