İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibədən sonra İLK DƏFƏ - Lavrov BU ÖLKƏYƏ gedir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada genişmiqyaslı müharibənin başlanmasından sonra ilk dəfə Avropa İttifaqı ölkəsinə, Maltaya səfər edəcək.

Musavat.com xəbər verir ki, bu barədə "Vedomosti" qəzetinə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, Rusiya XİN başçısı 5-6 dekabr tarixlərində ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. 

"Hazırlıqların gedişi barədə ATƏT-in nümayəndə heyətləri mütəmadi olaraq məlumatlandırılır. Dəvətlər də daxil olmaqla əlavə praktiki təfərrüatlar vaxtında bütün nümayəndə heyətlərinə göndəriləcək," – deyə Zaxarova bildirib.

Rusiyadakı Malta səfirliyi nəşrə məlumat verib ki, 5-6 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulan ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası bütün üzv dövlətlərin, o cümlədən Rusiyanın iştirakı ilə baş tutacaq.

Qeyd edək ki, Lavrovun Avropa İttifaqı ölkəsinə son səfəri 2021-ci ilin dekabrında olub. Belə ki, həmin vaxt o, Stokholmda keçirilən ATƏT-in iclasına qatılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR