Onlayn ictimai-siyasi qəzet
Cənubi Koreyanın Daejeon şəhərində ibtidai məktəbdə baş verən hadisədə müəllim 8 yaşlı şagirdini bıçaqlayaraq öldürüb.
Musavat.com xəbər verir ki məktəbin ikinci mərtəbəsində bıçaqlanmış vəziyyətdə tapılan şagirdin dünyasını dəyişdiyi bildirilib.
Polis 40 yaşlı müəllimin şagirdini bıçaqladığını etiraf etdiyini açıqlayıb.
Daejeon Təhsil Nazirliyi bildirib ki, müəllim dekabrın 9-da depressiyaya görə 6 aylıq məzuniyyət istəyib, lakin həkimlər onu işə yararlı kimi qiymətləndirdikdən sonra məktəbə qayıdıb.
Cənubi Koreyanın müvəqqəti prezidenti Çoi Sanq-mok hadisə ilə bağlı araşdırma aparılmasına göstəriş verdiyini qeyd edib və belə hadisələrin təkrarlanmaması üçün lazımi tədbirlərin görüləcəyini bildirib.
Musavat.com
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ